Opra Uinfri:"Hər şey səninlə başlayır!"

Oprah WinfreyHər şey səninlə başlayır! İnsanın gücü içindən gəlir!

O şanssız doğulanlardandı: həm zənci, həm qadın, həm yoxsul idi.

Xidmətçi bir ana və mədənçi bir atanın uşağı idi. Evli olmayan ana və atası, o doğulduqdan sonra ayrıldı. Anasının yanında yoxsulluq içində böyüdü. Əmisi oğlu, əmisi və bir ailə dostunun təcavüzünə uğradı.

Yaşadığı problemlər görə bir neçə dəfə evdən qaçdığı üçün anası onu atasının yanına göndərdi. Təqaüdlü olaraq universitetdə oxuyarkən bir tərəfdən də yerli radio kanallarında işə başladı. 'Ağ kişilərin suveren olduğu bir sahədə, cüssəli bir zənci qadın' olan Oprah'a, heç kimsə şans vermirdi. Lakin o, buz qıran gəmi kimi irəlilədi.
Onlarla önmühakiməni məhv etdi. Özünü isbat etməsi 10 ilini aldı. Yerli bir kanalda müxbir kimi işə başladı. Addım-addım yüksəldi. İllər sonra ölkə səviyyəsində yayımlanan «The Oprah Winfrey Show»un təqdim etməyə başladı.

Böyük səs gətirən proqram sayəsində bir çox mükafat qazandı, ilk milyarder zənci qadın oldu. O qazanıb- itirərək irəlilədi. Onun müvəffəqiyyətindən çıxacaq dərs budur: İnsanın gücü içindən gəlir. Hər qazananda bir şeylər itirərsən, hər itirdiyində bir şey qazanarsan. İdealın yüksəlmək, irəli getmək olsun.
Davamı →

Dahilərdən motivasiya edən sözlər

Məqsədimiz mümkünsüzü mümkün etmək, mümkünü asan etmək, asanı da zərif və zövqlü etmənin yollarını tapmaqdır. (Dr.Feldenkrais)

Kifayət qədər səbəbiniz varsa, hər şeyi edə bilərsiniz. (Jim Rohn)

Həyatdan qorxmayın uşaqlar; yaxşı və doğru bir şeylər etdiyiniz zaman həyat elə gözəl ki! (Dostoyevski)

İnsanoğlunun içində yatan güclər vardır; özü bilsə çaşar. Çünki bu güclərə sahib olduğu ağılından belə keçməz. Bu gücləri oyandırıb hərəkətə keçirə bilən adamın həyatında böyük bir inqilab olar. (Swett Marden)

Möhtəşəm şeylər, ancaq içlərindəki bir şeyin, şərtlərin üzərində olduğuna inanma cəsarətini göstərənlər tərəfindən edilmişdir. (Bruce Barton)

Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.  (Claude Pepper)

Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. (Louis Stevenson)

Bir işi doğru etmək, nə üçün yalnış etdiyini izah etməkdən daha az zaman aparır.  (Henry Wodsworth)
Ardı →

Xəzinəyə gedən yol xəritəsi

İnsan istəklərinə necə nail ola bilər?
Uğurlarınızla sizin aranızda meylləriniz vardır. Həyatda uğur qazananlarla qazanmayanlar arasındakı fərq budur. Uğur qazanan insanların da, uğursuz insanların da həyatlarını düşüncələr idarə edir və istiqamətləndirir. Diqqət eidrsinizsə, düşüncənin tərkibi burada çox önəmlidir.

Bir qab, ancaq öz içindəkin bayıra sızdıra bilər. İnsan gün boyu düşündüklərinin cəmidir. İnsan nə düşünürsə odur və insan ancaq beynindəkiləri həyata keçirə bilər. İnsanın içindəki yaradıcılıqdırsa, insan yaradıcı olacaqdır. Əksinə, insan dağıdıcı düşüncə tərzinə malikdirsə, onun zehni yenə də içində mövcud olanı gerçəkləşdirəcəkdir.

Zehin üçün yaxşı-pis yoxdur. Zehin ancaq ona verilən əmrləri icra edir. Zehnini faydalı düşüncələrlə proqramlaşdırmağı bacaran insan fayda görəcəkdir. Eynilə bir el məsəlində deyildiyi kimi: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Əsasən insanlar, başqalarının köməkləri sayəsində bir şey olduqlarını düşünürlər. Həyatdakı mövqelərini, ətrafındakı sistemin müəyyənləşdirdiyini zənn edərlər. Əslində isə bizi biz edən, ətrafımızda olanlar deyildir, içimizdəkilərdir. Nəticə etibarı ilə, həyata baxışlarımıza görə özümüz məsuliyyət daşıyırıq. Nasist Almaniyasının bir əsir düşərgəsindən sağ-salamat qurtarmağa nail olan Viktor Frankl belə demişdir: “İnsanın hər bir şərt altında öz meyllərini müəyyənləşdirə bilməsi, onun əlindən heç bir zaman alınmayacaq azadlıqdır.”
Ardı →

Üstün olmaq

Charles Schwabın istədiyi qədər səmərə ala bilmədiyi bir fabriki var idi. Bir gün usta ilə danışırdı:

— Sənin kimi bacarıqlı biri necə olur ki, fabrikdən istədiyi qədər səmərə ala bilmir.

— Bilmirəm. Bütün işçiləri çox çalışdırdım. Bir çoxunu işdən atmaqla təhdid etdim. Amma müvəffəqiyyətli ola bilmədim. Schwab yaxınında dayanan bir işçini soruşdu :

— Bu gün neçə qazan polad əritdilər ?

— Altı.

Ardı →

Rədd edilmək gözəldir

Hər insan həyatında ən az bir dəfə rədd edilmə vəziyyətiylə qarşı-qarşıya qalır. İstədiklərini əldə edənlərlə, edə bilməyənlərin arasındakı fərq, istəklərinə çatanların özlərinə və etdikləri işlərə inanmaları və sınamaqdan əsla və əsla imtina etməmələridir. Tarixdəki məşhur adların əldə etdiyi uğurların arxasında bir çox rədd cavabı almalarına qarşı səylərini eyni əzmlə davam etdirmələri durur. Onsuz da rədd cavabına məğlub olanları tarix də ağılından çıxarmışdır.

İlk çağın məşhur natiqlərindən Demosfen ilk dəfə xalq qarşısında danışmağa başladığında, xalq ona qəhqəhələrlə gülmüş və kürsüdən uzaqlaşdırmışdı. Kəkələməsinə baxmayaraq içində böyük bir natiq olma arzusu daşıyırdı. Çox çalışdı, ağzına dəniz sahilində tapdığı çaylaq daşlarını qoyaraq danışma məşqləri edərək özünü inkişaf etdirdi. Və sonunda dünyanın ən böyük natiqlərindən biri olmağı bacardı.
Davamı →

Liderlik

Liderliyə bir çox təriflər verilir. “ Collins” ingilis dili lüğəti liderliyi belə müəyyənləşdirir: “ komanda və qrupun rəhbəri (ləri)”. Lakin əsil liderlik bundan daha artıq mənaya malikdir. Lider təşkilatın icraçı direktoru və ya gizli müvəffəqiyyətə nail olmaq üçün komandasına rəhbərlik edən bir illik işçi də ola bilər. Dəfələrlə güclü liderlər sadəcə olaraq ruhlandırma, inandırma və şəxsi əlaqələr vasitəsilə rəhbərlik etdikləri halda, lider rəsmi güc və səlahiyyətdən də istifadə edə bilər.
Ardı →

Öz fikrinizdən dönməyin!

Müvəffəqiyyətli ola bilmək üçün etdiyiniz işi sınamaqdan əsla imtina etməmək lazımdır. Lampanı icad edən Edison, təkrar təkrar sınağın insanı necə müvəffəqiyyətə çatdıra biləcəyinə gözəl bir nümunədir.

Uzun davamlı işıqlandırma üçün lampa içərisində istifadə ediləcək dayanıqlı teli tapa bilmək üçün yüzlərlə təcrübə etmişdir. Ondan niyə imtina etmədiyini soruşduqda «Mən yalnız lampanı işlətməyəcək yüzlərlə yol tapdım. Ən sonunda hədəfimə çatacağam» demişdir.

Yaşanan problemləri həll edə bilmək üçün müsbət yöndən baxa bilməliyik. Bu da zamanla inkişaf etdirilə biləcək bir qabiliyyətdir. Hər sınaqda daha yaxşısını edə bilmək üçün müsbət olmaq şərtdir.

Müvəffəqiyyətli olanlar imtina etməyənlərdir. İmtina etməyənlər isə etdikləri işə böyük bir ehtiras və inancla bağlananlardır. Başqalarının görə bilmədiyi fürsətləri, əskiklikləri görə bilənlərdir. İş həyatında da bu hər vaxt belə olmuşdur.

Təşəbbüskarlar fürsətlərə və etdikləri işə inananlardır. Bir bərbər olaraq sizin də dəyişikliklər etmək istədiyiniz dövrlər olmuşdur. Lakin ətrafınızdakı kimsə sizə inanmamış ola bilər. Çox vaxt ola bilər ki, ətrafınızdakı reaksiyalar üzündən dəyişiklik etməkdən imtina etmisiniz. Amma içinizdə bir yerlərdə hələ etmək istədiyiniz şeyin doğru olduğuna dair bir hiss vardır. Məhz sizi digərlərindən ayıra biləcək kiçik fərq budur.


Davamı →

Yaponiyalı iş adamı Keniçi Omaenin 4 məsləhəti

1. Düzgün cavab mövcud deyil.Kenichi Omae
İndiki dünyanı fərqləndirən cəhət düzgün cavabların mövcud olmamağındadır. Heç kim düzgün cavabı bilmir. Beləliklə, heç kim biznes qurmağın hansı yollarının düzgün olduğunu bilmir, sadəcə uğurlu və ya uğursuz cəhdlər var. Siz sadəcə heç kəsin ağlına gələ bilməyəcəyi cavabı taparaq fərqlənə bilərsiniz.

Məsələ bundadır ki, insanlar dəyər verildiyi işlərlə məşğuldular. Və indi  düşünmə, analiz etmə və nəticə çıxartmaq qabiliyyətinə dəyər verilir. Real həyatda cavabı bilmək mənasızdır. Siz qepotiza qurub onu sübut etməyə çalışacaqsınız sonra bu qepotizaya uyğun model yaradıb onu həyata keçirəcəksiniz.

2. Əsas insanlardır!
Bütün resursların arasında ən vacibi insandır. Məsələn, Yaponiyanı götürək. Yaponiya bir adada yerləşən və heç bir təbii resursları olmayan bir ölkədir. Amma bu dövlətin 120 milyona yaxın insanı var ki, onu dünya iqtisadiyyatında 2-ci ən güclü dövlət edib. Beləlikə, əgər şirkətin güclü resursları yoxdursa, ona irəli getmək üçün yaxşı işçilər kifayətdir.


Ardı →

Yol bilmək, yol tapmaq

Hədəflərimizi bilmək kifayət deyil. İnsanların çoxu burada ilişər. Hədəfi və tapıldığı yer arasında itər. Halbuki doğru olan HƏDƏF təyin etmək və ona gedən doğru yolu, yolları və vasitələri, tapmaqdır. Bu ən az hədəfin özü qədər əhəmiyyətlidir.

Şagirdlər, pis vərdişlərindən xilas olmağa çalışanlar, çəki artırmaq ya da azaltmaq istəyənlər, həyatını nizama qoymaq istəyənlər, işini inkişaf etdirmək istəyənlər və sairə hamı həmişə burada ilişir deyə düşünürəm. Haqsız da deyiləm. Yalnız Hədəf deyil, eyni zamanda düzgün yol tapmağı da bilmək lazımdır ki, düzgün istiqamətdə olub olmadığınız bilinsin. Və müdaxilə edildiyi zaman, yol bağlandığında nə edilə biləcəyini biləsiniz.


Ardı →